Tədbirlər



"MULTİKULTuRALİZM İLİ"NƏ HƏSR OLUNMUŞ RƏSM MÜSABİQƏSİNİN MƏKTƏB TURU

_________________________________________________________________



Azərbaycan Respublikası Təhsil Nazirliyinin 285 saylı 17.05.2016-cı il tarixli əmrinə əsasən 2016 – cı ilin "Multikulturalizm ili" elan olunması ilə əlaqədar respublika məktəbliləri arasında keçirilən rəsm müsabiqəsi çərçivəsində 20 oktyabr 2016-cı il tarixində  məktəb turu keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru T.Fətullayev qeyd etdi ki, ölkə prezidenti cənab İlham Əliyev  ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi məqsədilə 2016 –cı ili Azərbaycanda Multikulturalizm İli elan etmişdir. Təhsil Nazirliyi də bununla əlaqədar rəsm müsabiqəsi keçirməyi qərara almışdır. Odur ki, bugünkü turumuzda məktəblilərin çəkdiyi rəsmlərin nümayişinə yığışmışıq. Bu müsabiqədə üç yaş qrupu üzrə rəsmlər qiymətləndiriləcək. Daha sonra müsabiqəyə təqdim olunan rəsm əsərlərinə baxış keçirildi. Münsiflər tərəfindən diqqətlə nəzərdən keçirilən rəsmlərdən hər yaş qrupu üzrə aşağıdakı şagirdlər qalib elan olundu:

6-10 yaş qrupu üzrə: 

11-14 yaş qrupu üzrə: Ağacanova İlahə Firudin qızı

15-18 yaş qrupu üzrə: Dədəyev Davud Rüfət oğlu

Sonda qaliblərlə xatirə şəkli çəkildi.


_________________________________________________________________________________




DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ


18 oktyabr 2016-cı il tarixində məktəbimizdə Dövlət Müstəqilliyinin bərpası günü ilə bağlı tədbir keçirildi.
Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər ,həmçinin qəsəbə icra nümayəndəsi,bələdiyyə üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə məktəbin direkroru Teymur Fətullayev açdı.O,bu möhtəşəm bayram münasibətilə hamını təbrik etdi və bu yolda canından keçmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi . Anımdan sonra Teymur Fətullayev  Azərbaycan Respublikasının dövlət müstəqilliyi yollarında qazandığı nailiyyətlərdən  , Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən geniş məruzə etdi.
 Məruzədən sonra məktəbin tarix müəllimi Etibar Rəsulov çıxış edərək müstəqqiliyimizin şanlı tarixindən ,Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən ətraflı danışdı.O ,müstəqilliyn əvəzsiz bir nemət olduğunu ,onun heç də bütün xalqlara nəsib olmadığını qeyd etdi.E. Rəsulov gənc nəslə səslənərək dövlət müstəqilliyimizin qədrini bilməyi,onu göz bəbəyi kimi qorumağı tövsiyə etdi.
Tədbirdə çıxış edən qəsəbə mədəniyyət evinin bədii rəhbəri Aqil Nəcəfov çıxış edərək müstəqilliyimizin bizə bəxş etdiyi geniş imkanlardan danışdı. O qeyd etdi ki, dünyanın əksər aparıcı ölkələrində təhsil alan azərbaycanlı gənclər bu gün vahid ideya –azərbaycançılıq ətrafında birləşərək düşmənlərimizə  layiqli cavab verirlər.Dövlətimizin müstəqilliyini təbliğ edir, haqq səsimizi dünyaya çatdırırlar.Biz də çalışmalıyıq ki , bu müstəqilliyi qoruyaq ,onu Ulu Öndərimizin dediyi kimi əbədi edək.
Rəsmi hissənin sonunda məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Rahim Osmanov çıxış edərək tədbir iştirakçılarını və ümumulikdə Azərbaycan xalqını təbrik etdi. Dövlət müstəqilliyi gününün Azərbaycan tarixindəki müstəsnalığından danışdı.Qeyd etdi ki,xalqımız bu yolda böyük itkilər vermişdir.Biz bu yoldan dönməməli, onu inkişaf etdirməli,gələcək nəsillərə şərəflə ötürməliyik.

Tədbirin ikinci hissəsində şagirdlərin ifasında müstəqilliyə həsr olunmuş şeirlər dinlənildi,bədii kompozisiya nümayiş etdirildi. Tədbir Dövlət Himninin oxunması ilə başa çatdı.


    Hazırladı:
Kijəbə qəsəbə tam orta məktəbin 
müəllimi Azər Kişiyev. 

_____________________________________________________________________


BİLİK GÜNÜ


Astara rayon məktəbləri arasında qabaqcıl təhsil ocaqlarından biri də N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbidir. Məktəbin pedaqoji kollektivi gənc nəslin yetişməsində bilik və bacarığını əsirgəmir. Hər il məktəbin məzunlarının sorağı respublikanın müxtəlif ali məktəblərindən gəlir. Məktəbimizdə bu işin əsası ibtidai siniflərdən qoyulur. Müəllimlərin arasında bilik bacarıqlarının gənc nəslə həvəslə ötürülməsində gərgin əmək sərf edən pedaqoqlar yetərincədir.
2015-2016-cı tədris ili Kijəbə qəsəbə tam orta məktəbi üçün uğurlu olub. Məzunlardan 8 nəfəri yüksək bal toplayaraq ali məktəblərə qəbul olublar. Bu uğurlu nəticə gərgin əməyin, yuxusuz gecələrin bəhrəsidir.
Sentyabrın 15-də “Bilik günü” münasibəti ilə keçirilən ənənəvi tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayevin məktəblilərə təbrik məktubu oxundu. Məktəbimizin direktoru Teymur Fətullayev çıxış edərək belə dedi: “Sevincimizin həddi-hüdudu yoxdur. Müəllimin ən böyük mükafatı şagirdin xoş sorağıdır. Onların hər bir uğuru bizim uğurumuz, hər bir qələbəsi bizim qələbəmizdir”.
Dərs hissə müdiri Malik Mərufov çıxışında bildirdi ki, tədris prosesində şagirdlərin vətənpərvərlik hislərinin forlaşması məqsədi ilə ötən tədris ilində Təhsil Nazirliyi tərəfindən yeni üsul və metodlara geniş yer verilmişdir. Belə ki, “Mənim yurdum, Doğma vətənim!” mövzusunda ilk dərs günü təlim-tərbiyə prosesinin günün tələbləri səviyyəsində qurulması üçün atılan addımdır. Malik müəllim çıxışının sonunda 2016-2017-ci tədris ilində müəllim və şagirdlərə uğurlar arzu etdi.

Sonra  məktəblilərin ifasında dövlətçilik, Ulu Öndər və şəhidlərimizə həsr olunmuş şeirlər dinlənildi.


_________________________________________________________________________________


ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! 

QARABAĞ BİZİMDİR, BİZİM OLACAQ!"




Astarada Milli Orduya həmrəylik nümayiş etdirmək məqsədilə mitinq keçirilib


http://astara-ih.gov.az/news/321.html


_________________________________________________________________________________

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik
Hörmətli xanımlar!





Əziz analar və bacılar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.

İnanıram ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada siz daim mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcəksiniz.

Bayramınız mübarək olsun!
                                                                              İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti       

__________________________________________



N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbi

Valideyn iclası

Astara  rayonunun  N.Həsənov adına  Kijəbə qəsəbə tam  orta  məktəbində     2014/2015-ci  dərs  ilində bir sıra maraqlı tədbirlər həyata  keçirilmişdir. Belə tədbirlərdən biri də bu gün 02 dekabr 2014-cü il tarixində təşkil olunmuş  Ümum valideyn iclasıdır. İclasda  Astara rayon  TŞ-nin  müdiri  Q.Məmmədova, müdir müavini  F.Həsənov, məsləhətçilərdən S. Məmmədov,  A. Rzayev və E.Nəzərov  iştirak etmişdir. Məktəbin diretoru  Təbrizə  Rəsulova məruzə  etdi:
O, qeyd etdi ki, məktəbin  nailiyyətlərinin ildən-ilə artmasında  valideynlərin rolu danılmazdır.  Validen-məktəb münasibətləri məktəbimizdə yüksək səviyyədə təşkil olunmuşdur. 546 şagirdin təlim-tərbiyəsilə 60-ə yaxın müəllim məşğul olur. Bu  müəllimlər arasında qabaqcıllarımız da çoxdur. Bunlardan  “Əməkdar “ müəllim və “İlin müəllimi” Azər Kişiyevi, “İlin müəllimi” və Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə  “Tərəqqi” medalına layiq görülmüş Teymur  Fətullayevi, Təhsil Nazirliyinin  “Fəxri-Fərmanı”ilə təltif olunmuş  B. Hüseynovu  və  b. misal göstərə bilərik. Məzunlarımız təhsildə olduğu kimi rayon və Respublika səviyyəli inşa müsabiqələrində, idman yarışlarında da bir sıra  nailiyyətlər qazanmışlar. Məktəbin işıq və istilik sistemi problemli sahəmizdir. Dəfələrlə bu barədə lazımi dairələr qarşısında məsələ qaldırılsa da hələlik müsbət nəticə yoxdur. Şagirdlərimiz arasında davamiyyət elə bu cəhətdən də soyuq havalarda zəif olur. Bu da bəzi validenlərin haqlı narazılıqlarına səbəb olur. Bu və ya digər  çətinliklrin həll olunmasına diqqəti artırmaqla  məktəb qarşısında duran vəzifələri bundan sonra da lazımınca yerinə  yetirəcəyik. Sonra T.Rəsulova çıxış üçün  RTŞ-nin  müdiri  Q.Məmmədovaya söz verdi . O, dedi:
   ―Hörmətli valideynlər, hörmətli müəllimlər Təhsil Naziri  M.Cabbarovun tapşı-  rığına əsasən biz ayrı-ayrı məktəblərdə  valideynlərlə belə görüşlər  keçiririk. Məqsədimiz rayon mərkəzinə gəlməkdə çətinlik çəkən valideynlərin məktəblə bağlı irad və təkliflərini eşitmək, imkan daxilində həll etməkdir. Rayon məktəblərində işıq və istilik problemi demək olar ki, həll olunub. Bütün şagirdlərə pulsuz dərsliklər verilib. Məktəb binaları əsaslı təmir olunub və ya yeniləri tikilmişdir. Rayon üzrə sinif və fənn  müəllimlərin kurikulum təlim kurslarına cəlb olunaraq , müasir təlim üsullarına yüyələnmələri təmin olunmuşdur. Kijəbə mıktəbi nailiyyətlərini daha da artırmalıdır. Əlbəttə, valideynlər də öhdələrinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir. İmtahana buraxılış üçün bildiyiniz kimi şəxsiyyət vəsiqəsi vacibdir. Ancaq bəzi valideynlər bu işə laqeyd yanaşır, vaxtında  bu  sənədi almır. Sonra da narazılıq edirlər. Bəzi valideynlər mənfi qiymət almış məzunların təkrar imtahan verərək Attestat  və şəhadətnamə alması üçün vaxtında müraciət etmədiklərinə görə övladlarının imtahana buraxılmamasından  şikayətlənirlər. Belə şikayətlər əlbəttə,əsası yoxdur. Müəyyən olunmuş qaydada müraciət olunmalıdır. RTŞ və onun bütün əməkdaşları hər bir valideynə , hər bir müəllimə yardımçı olmağa hazırdır.
   Müəllimlərdən Sabir Fətullayev, Azər Kişiyev, Sevdar Babayev çıxış edərək , bildir- dilər ki, dövlətimizin inkişafı ilə bağlı olaraq təhsil sahəsində də, uğurlarımız artmaqdadır. Müəllimlərimiz işlərinə vicdanla yanaşır. Müasir təlim üsullarından səmərəli istifadə etməklə dərslərini tədris edirlər. Elə bunun nəticəsidir ki, məktəbin məzunu Fuad Quliyev  681 bal toplayaraq rayon  məzunları arasında ən yaxşı göstəricinin sahibi olmuşdur. Müəyyən səbəblər üzündən bəzi valideynlər yuxarı siniflərdə oxuyan şagirdlərin dərsə davamiyyətinə ciddi yanaşmırlar. Əlbəttə, biz belə valideynlərlə daim əlaqə saxlayır, pedaqoji söhbətlər edirik. Çalışırıq ki, məzunlarımız arasında ali məktəblərə qəbul olunanların sayı daha da artsın. Bu müqəddəs işdə valideynlər ən etibarlı köməkçimiz olmalıdır.
   Sonra valideynlərdən Vüqar Ağayev çıxış edərək bildirdi ki, mən özüm bu məktəbin məzunu olmuşam.Bu məktəbdə dərs deyən müəllimlərin hamısından razıyam. Onlar şagidlərin qayğısına qalmaqla yanaşı, həm də valideynlərin yaxın məsləhətçiləridir. Mənim narazılığm məktəbin işıq və istilik sistemindəndir. Soyuq sinifdə oturan, xəstələnən uşaqların gələcək sağlamlıqları təhlükə altındadır. Xahiş edirəm ki, rayon rəhbərliyi bunu nəzərə alsın və yardımını əsirgəməsin.
    Validenlərdən  Anar Ağayev, Lyuba Feyziyeva və başqaları da məktəbin işıq və istilik sistemindən narazılıqlarını bildirdilər. 2002-ci ildə məktəbdən  işlək vəziyyətdə qonşu kəndə aparılmış elktrik transformatorunun bu günə qədər məktəbə qaytarılmaması, müasir dövrdə böyük rol oynayan “İnformatika” dərslərinin tədrisinə imkan vermir. Çıxış edənlər tezliklə əlaqədar təşkilatların köməyi ilə transformatorun məktəbə qaytarılacağına ümidvar olduqlarını bildirdilər


     Yığıncağın sonunda Vüqar Ağayev “Məktəb validen komitəsi”nin sədri seçildi.
                                       Sabir   Mirhəsənoğlu   -  AJB-nin üzvü    

Комментариев нет:

Отправить комментарий