XALQ Qəhrəmanı Pəncəli
Teymurovun şərəfli
H Ə Y
A T I haqqında.

Hələ məktəbə getməzdən qabaq öz cəsarətliliyi,
qorxmazlığı və dəcəlliyi ilə bütün ərazidə
tanınmışdır. 5 yaşında ikən Əzərüd kəndində yerləşən elejtrik transformatoruna
qalxaraq əlindəki məftili 10 min kv.luq elektrik xəttinə yapışdırarkən elektrik
cərəyanı onu vurmuş, lakin balaca vücudu ölümə qalib gəlmişdir.
1987-ci
ildə Asxanakəran kənd orta məktəbin hazırlıq sinfinə daxil olan Pəncəli 1998-ci ildə həmin məktəbin
11-ci sinfini bitirmişdir.Məktəbdə oxuyan illərdə bütün müəllimlərinin
sevimlisinə çevrilmiş, nümunəvi əxlaqı və mərdliyi ilə hamıdan seçilmişdir.
Orta məkəbdə oxuyanda müntəzəm olaraq
idmanla məşğul olmuş, çevikliyi və cəldliyi ilə hamıdan seçilmiş, sərbəst şəkildə
sambo, boks və karate ilə məşğul olaraq
özünü orduda zabit kimi görmək arzusu ilə hərbi xidmətə hazırlamışdır.
Aprel 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılan
Pəncəli Ağdamda yerləşən “ N” saylı hərbi hissədə xidmətə başlamış və öz arzusu
ilə həmin hissənin kəşfiyyatçılar qrupuna daxil olaraq Bakıda Xüsusi Təlim-Tədris
məktəbində oxumaqla müvafiq kursu bitirmiş və öz hissəsinə qayıdaraq komandanlığın müxtəlif tapşırıqlarının yerinə
yetirilməsində şəxsi nümunə göstərmişdir.
Hərbi xidmətini icra edərkən Azərbaycan
XüsusiTəyinatlı Qüvvələrinin yaradılması prosesi başlanır. Bu zaman həmin Qüvvələrə ən layiqli şəxslərin qəbul
olunması məqsədilə keçirilən baxış
zamanı Pəncəli generalların diqqətini cəlb
edir və o, könüllü olaraq yeni yaradılan XTQ-nin sıralarına qəbul edilir. Öz cəsarətliliyi və qorxmazlığı ilə çətinliyə
sinə gərərək sona qədər dözmüş və əfsanəvi
bir kəşfiyyatçı kimi yetişmişdir. O. Bakıda və İstanbulda XTQ-nin xüsusi hərbi
məktəblərində təşkil olunan bütün kurslarda oxuyaraq 17 il ərzində XTQ döyüşçüləri
üçün dünya üzrə müəyyən edilmiş 6 imtahanın ( Snayper hazırlığı, paraşütlə tullanma,
ekstemal dəniz əməliyyatları, minlaraın zərərsizləşdirilməsi üzrə ustalıq,
estremal şəraitdə sağ qalmaq bacarığı və s)hamısını müvəffəqiyyətlə verərək
özünü təsdiq etmişdir.

Pəncəli
türk bordo berelilərini hazırlayan Ankara Xüsusi hərbi məktəbinin
zabit heyətinin sevimlisinə çevrilmiş və türk ordusunda ən yüksək mükafat olan
Ay-ulduz qızıl medalına layiq görülmüşdür.
2013-cü ili avqustun 19-da onun toy məclisinə bütün komandirləri və
döyüş dostları gəlmişdi. Öz toyunda ona
çıxış üçün söz veriləndə də Pəncəli çox sakit və arxayın şəkildə bildirdi ki,
onun ən böyük arzusu Vətəni və torpağı üçün şəhid olmaqdır.

Pəncəliyə
müxtəlif dostlarından , qohumlarından həmişə məsləhətlər verilirdi ki, çox təhlükəli
əməliyyatları şərəflə icra etmisən, indi istirahət vaxtındır, kəşfiyatçılıqdan
başqa bi fəaliyyətə keçsən yaxşı olar, amma igidimiz deyirdi ki, onun ən böyük
arzusu Xankəndində Azərbaycanın üçrəhgli ay-ulduzlu bayrağını ucaltmaqdır. Bu arzu ilə o, 2016-cı ilin
aprelin 1-də Dağlıq Qarabağın alınmaz erməni istehkamı olan Talış yüksəkliyinə
hücum etdi. Yüksəklikləri alıb 100-dən çox ermənini məhv edən igidlərimiz Xankəndinə
qədər irəliləyərək heç kimin ağlına gəlməyən qəhrəmanlığa imza ataraq Vətən
uğrunda şəhidlik zirvəsinə çatdılar. Ölümündən sonra ayrılmaz dostlara- Murad
Mirzəyevə və Samid İmanova “ Milli Qəhrəman “ fəxri adı, Pəncəli Teymurov “ Vətən
uğrunda “ medalı ilə təltif edildilər.
Комментариев нет:
Отправить комментарий