
Astara rayonun Kijəbə qəsəbəsi və onun ərazisində ilk subtropik
bitkilər sovxozu 1934/1936-cı illərdə yaradılmışdır. Elə o dördə də sovxozda
işləyən fəhlələrin uşaqlarının təhsil alması üçün qəsəbənin
mərkəzində ibtidai məktəb təşkil olunmuşdur. 1956-1957-ci illərdə natamam
yeddiillik məktəb səkkizillik məktəb sisteminə daxil edilmişdir. 1966-cı ildə
həmin məktəbin bazasında orta məktəb təşkil olunmuşdur ki, hal-hazırda da
fəliyyətini davam etdirir. Məktəb həmişə yaxşı göstəticiləri ilə rayonda seçilmişdir.
Burada müxtəlif illərdə öz peşəsini sevən,qabaqcıl təcrübəyə malik müəllimlər
işləmişlər. Onlardan bəziləri dünyasını dəyişmiş,bir qismi isə təqaüddədir.
Nəsrulla Kərimov, Cahangir Zaidov, Mircavad Hüseynov, Əbdül Abbasov, Məmmədağa
Həsənov, Tofiq Bağırov, Firudin Rəsulov, Hacəli Məmmədov, Gülzar Məmmədova,
Təbrizə Rəsulova və başqalarının adları bu gün də hörmətlə çəkilməkdədir. Bu
şanlı ənənə bu gün də davam etməkdədir. Məktəbimizdə öz təcrübəsi, biliyi,
bacarığı ilə fərqlənən, rayon və respublikada tanınan müəllimlər fəaliyyət
göstərir.
Hal-hazırda direktor vəzifəsini “Tərəqqi” medalına layiq görülmüş həm də “Ən
yaxşı müəllim” müsabiqəsinin qalibi olan Teymur Fətullayev yerinə
yetirir.
2016-2017-ci tədris ilində məktəbdə 568 şagird
26 sinif komplektində fəaliyyət göstərir. Məktəbdə 61 müəllim, 22 texniki
işçi çalışır. Şagirdlər, müəllimlər və texniki işçilər pulsuz tibbi müayinədən
keçirilmiş, onların sağlamlığının qorunması və texniki təhlükəsizliyə əməl
olunması ilə əlaqədar təlimatlandırılmışlar. Pedaqoji kollektivlə fərdi və
kollektiv elektron əmək müqaviləsi bağlanmışdır.
Ötən tədris ilində
bir sıra maraqlı tədbirlər, bilik və idman yarışları, fənn olimpiadaları,
yaradıcılıq gecələri, disput və müzakirələr, şagirdlərin əl işlərindən ibarət
sərgilər keçirilmişdir. Milli Dirçəliş günü, Yeni il şənliyi, 20 Yanvar
faciəsi, Xocalı soyqırımı , 31mart Azərbaycanlıların soyqırımı günü,
İlyas Əfəndiyevin 100 illik yubileyi, Əli Bəy Hüseynzadənin 150 illik yubileyi,
Əlifba bayramı, Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş
silsilə tədbirlər keçirilmiş, bu tədbirlərdə şagirdlər böyük həvəslə iştirak
etmişlər. Ümummilli Lider Heydər Əliyevin 89 və 91-ci
ildönümünə həsr olunmuş ümumrespublika inşa müsabiqəsində məktəbin XI sinif
şagirdi Sabirzadə Samir Azər oğlu və X sinif şagirdi Hacızadə Rafət Mərasim
oğlu iştirak edərək III yeri qazanmış, Təhsil
Nazirliyinin, TİAHİ və Heydər Əliyev Fondunun fəxri fərmanıları, noutbuk və pul
mükafatları ilə təltif olunmuşlar. Şagirdlərimiz hərbi idman
oyunlarında da fəal iştirak etmiş və zona yarışlarında II, rayon
yarışlarında isə I yeri qazanmış, rayon gənclər və idman idarəsinin fəxri
fərmanı ilə təltif olunmuşdur.
Ötən tədris ilində şagirdlərimiz
rayonun və respublikanın fənn olimpadalarında fəal iştirak etmişdir. Fənn
olimpiadalarının respublika turunda iştirak etmiş Sərdar Babayev uğurlu nəticələr
əldə etmişdir. Məktəbimizdə nüfuzu, bacarığı və savadı ilə seçilən
müəllimlərimizdən Əməkdar müəllim Azər Kişiyev, Təhsil Nazirliyinin
fəxri fərmanı ilə təltif olunmuşdur Beytulla Hüseynov, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü,”Ağsaqqal sözü” qəzetinin Baş redaktorun müavini,
“Heydər -85” tədbirlərində Astaradan Bakı şəhərinə, Ulu Öndərin məzarının
ziyarəti üçün piyada yürüşün iştirakçısı Sabir Fətullayevin adını
çəkmək olar. Sevdar Babayev, Sevda Tağıyeva, Şərifə Əliyeva,
Heybət Əsədov, Aypara İbadova və başqaları gənc nəslin təlim-tərbiyəsində
qazandıqları uğurlara görə dəfələrlə rayon icra hakimiyyətinin və rayon təhsil
şöbəsinin fəxri fərmanları ilə təltif olunmuşlar. Müəllimlərimizin yaxşı işinin
nəticəsidir ki, məktəbimizdə 500–dən çox bal toplayan şagirdlərimiz
ildən-ilə artır. 2013-2014-cü tədris ilində məktəbimizin məzunu Fuad Quliyev
681 balla Prezident təqaüdünə layiq görülmüşdür. Təkcə 2014-2015-ci
tədris ilində məzunlarımızdan 20 nəfəri müxtəlif ali məktəblərə qəbul
olunmuşdur. Qəbul imtahanlarında onlardan 7 nəfəri 500- dən yuxarı 2 nəfəri isə
600 - dən yuxarı bal toplamışdır. Mərufov İlham Malik oğlu 685 balla Ali Neft
Məktəbinə daxil olmuşdur .
Məktəbin məzunları arasında yüksək
vətənpərvərlik nümunəsi göstərərək, şəhidlik zirvəsinə yüksələnlər:
Həsənov Nail Babulla oğlu -1994-cü ildə
Şişqaya uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Abbasov Əbdülsalam Müzəffər oğlu- Baş
leytenant, taqım komandiri 1993-cü ildə Ağdamın Güllücə kəndi uğrunda
gedən döyüşlərdə şəhid olmuşdur.
Yusifov Seyran Eynəli
oğlu - 1993-cü ildə N saylı hərbi hissədə döyüş tapşırığını yerinə
yetirərkən şəhid olmuşdur.
Rzayev Azər Nizaməli
oğlu – 2001-ci ildə düşmənin diversiya qrupunu zərərsizləşdirərkən şəhid
olmuşdur.
Kijəbə qəsəbə tam orta məktəbi
2008-ci ildə əsaslı təmir olunmuşdur.
2015-2016-ci ilin yekununu da uğurlu hesab etmək olar. Belə ki,
8 məzunumuz ali təhsil müəsisələrinə, 8 məzunumuz da orta ixtisas təhsili
müəssisələrinə qəbul olmuşlar. Dövlətimizin elmə, təhsilə qayğı və diqqətini
həmişə hiss edən müəllimlər öz əməli işi ilə bu diqqətə layiqli cavab
verməyə çalışırlar. Təsadüfi deyil ki, müəllimlərimizdən Hüseynov
Beytulla Seyfulla oğlu Prezidentimiz İlham Əliyevin 4 oktyabr 2016-cı il
tarixli sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Hədəfimiz daha böyük nailiyyətlərə imza atmaqdır.
Комментариев нет:
Отправить комментарий