Abbasov Abdulsalam Müzəffər oğlu 06
avqust 1966-cı ildə Astara rayonun Kijəbə qəsəbəsində doğulmuşdur. 1973-cü ildə
Astara rayonun Kijəbə qəsəbəbə orta məktəbin 1-ci sinfinə getmiş və 1983-cü ildə
həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1984-cü ildə Ordu sıralarına
çağırılmış və 1986-cı ildə Ordu sıralarından qayıtmışdır. 1988-ci ildə Qafur Məmmədov
adına “Bakı Hərbi Dəniz Yolları Uçilişi”nə
daxil olmuş və 1991-ci ildə Kaspar idarəsində
işə daxil olmuş və Kalmıkiya gəmisində III dərəcəli mexanik işləmişdir. 1992-ci
ildə vətənin dar günündə könüllü olaraq Qarabağ müharibəsində Tağım komandiri
kimi iştirak etmiş. Döyüşlərdə göstərdiyi yüksək bacarıq və iradəyə görə Baş
Leytinant rütbəsinə qədər yüksəlmişdir. 1993-cü ilin dekabr ayında Ağdam
rayonunun Güllücə kəndi uğrunda gedən
döyüşdə düşmən qarşısında bir addımda olsa geri çəkilməyərək vətəni Azərbaycan
uğrunda şəhid olmuşdur.
_________________________________________________________________________________
Həsənov
Nail Babulla oğlu 20 fevral 1975-ci ildə Astara rayonun Kijəbə qəsəbəsində
anadan olmuşdur. 1982-ci ildə Kijəbə qəsəbə orta məktəbinin I sinifinə daxil
olmuşdur. 1992-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir. 1993-cü ilin
aprelin 20-də Cəliləbad rayonunun Göytəpə şəhərindəki (əvvəlki Prişib qəsəbəsi)
N saylı hərbi hissədə xidmətə başlamışdı. Burada 20 gün hərbi hazırlıq keçdikdən
sonra Beyləqan və Füzuli rayonlarında hərbi
xidmətini davam etdirmişdir. 1994-cü ildə Şiişqaya uğrunda gedən döyüşlərdə son
damla qanına qədər vuruşmuş və şəhid
olmuşdur.
Hal-hazırda bir vaxtlar təhsil aldığı Kijəbə qəsəbə tam orta məktəb şəhid
N.Həsənovun adını daşıyır.
_________________________________________________________________________________
Rzayev Azər
Nizaməli oğlu Astara
rayonun Kijəbə qəsəbə Ojəkəran kəndində
1981-ci ildə anadan
olub. 1998-ci ildə Kijəbə
qəsəbə tam orta məktəbi bitirib. 2000-ci ildə
hərbi xidmətə çağırılmışdır. Hərbi
xidmətini Tovuz rayunundakı 812 №-li
hərbi hissədə
davam edirdi. Xidməti zaman
2001-ci il 28 aprel Tovuz rayunun Qaralar
kəndində Erməni kəşfiyyatları sərhədi
pozaraq torpağımıza keçməyə cəhd etmişdilər.
Bu zaman atışma başlayır. Döyüş vaxtı Azər düşmən gülləsinə tuş gəlir. Tibbi
yardım alsa da lakin, həyatını xilas etmək mümkün olmamışdır.
_____________________________________________________________
Yusifov Seyran Eynəli oğlu 20 dekabr 1974-cü ildə Kijəbə qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə Kijəbə qəsəbə orta məktəbin I sinifinə daxil olmuşdur. 1992-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə çağrılmışdır. 1993-cü ildə Astara rayonundakı N saylı hərbi hissədə növbəti hərbi tapşırığı yerinə yetirərkən qar uçqununa düşmüş və şəhid olmuşdur.
Hal-hazırda Qəcimardə kənd orta məktəbi Seyran Yusifovun adını daşıyır.
Комментариев нет:
Отправить комментарий