
1918-ci
ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori
təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX
əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın
31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında
illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə
olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.
2006-cı
ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü
olmayan istirahət günləri kimi qeyd olunur.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşürsə, növbəti gün iş günü hesab edilmir.

O vaxtdan bəri martın 8-ni bütün ölkələrdə həm də sülh
uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildə Azərbaycan
SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir.
Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu
saxlamışdır.
Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram
günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.
İkincü dünya müharibəsi (1939-1945)
bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır.
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan
xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri
göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə
dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid
oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə
qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç
dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin
müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı
Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan
Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi
Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov,
Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə
yeni səhifələr yazmışlar.
İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək
məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən
ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə
baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və
sənayeni yanacaqla təmin edirdilər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya
benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar
əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə
edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də
çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə
illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin
və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm
üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir
ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,
hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla
işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və
fədakarlığını nümayiş etdirdi.
Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram
günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.
28 MAY –
RESPUBLİKA GÜNÜ
XX əsr tarixə təkcə elm və texnika əsri kimi
deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli
dövlətlərin yaranması əsri kimi düşmüşdür.
1917-ci
ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrildi.
Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman
Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin
tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
1990-cı
ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət
bayramı kimi qeyd edilir.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.
1991-ci ilin oktyabrında Azərbaycan
müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu
və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil
olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın
ilhaqçılıq niyyəti güdəntəcavüzü respublikada vəziyyəti daha da
gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi
təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə
qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali
Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş
günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi
ilə razılaşaraq, həmin günü bayram elan etdi.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.
26 İYUN –
AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ
1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi.
Azərbaycan
Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı
Qüvvələr günü elan edilmişdir.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

Azərbaycan
Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi
sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya aktı yekdilliklə qəbul edildi.
1991-ci
il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi - referendum
keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: “Siz “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına
tərəfdarsınızmı?”
Azərbaycan
xalqı dövlət müstəqilliyinin lehinə səs verdi.
1992-ci
ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini
(musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə
Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş
Dövlət gerbini təsdiq etdi.
9 NOYABR - AZƏRBAYCAN
RESPUBLIKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ
Azərbaycanın Dövlət bayrağı
ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə
milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi
kimi istifadə olunmuşdur. Tariximizin sovet dövründə o, Azərbaycan Sovet
Sosialist Respublikasının bayrağı ilə əvəz edilmişdir.
Dağlıq
Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların
təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq
1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır.
Rəsmi
olaraq bu bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin
binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali
Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə
keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də
Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti
Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan
Respublikasının dövlət bayrağı statusunu vermişdir.
1991-ci
il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa
edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan
edərkən onun dövlət rəmzlərini, o cümlədənDövlət bayrağını qəbul etmişdir.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

Azərbaycanın
ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər
qurultayında qəbul edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan
Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin
1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1978-ci il
aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin
reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik
əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə
Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci
il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni
Konstitusiya qəbul edildi.
1995-ci
il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını
qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12
fəsildən və 158 maddədən ibarətdir.
Noyabrın
12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.
1988-ci ilin ilk günlərində Ermənistanın
Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənistanın hakimiyyət orqanları
Sovet İttifaqı rəhbərliyinin səhlənkarlığından istifadə edərək, 200 min
nəfərdən çox azərbaycanlının daimi yaşayış yerlərindən qovulmasına faktiki
sanksiya verdi.
Ermənistan
rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın
17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin
müddətsiz mitinqi başlandı.
1992-ci
ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir.

Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra diasporun ictimai statusu
dəyişmiş, o, Azərbaycan xalqının rifahı naminə özünün geniş əhatəli
fəaliyyətini gücləndirmişdir. 1993-cü ildə Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü
elan edilmişdir.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

Novruz
bayramının tarixi kökləri çox qədim dövrlərə - Zərdüşt peyğəmbərin zəmanəsinə
aiddir. Bu isə təqribən 3700-5000 il deməkdir.
Qədim
Babilistanda bu bayram Nisan ayının 21-də (mart, aprel) başlanır və 12 gün
davam edirdi. Bu 12 günün hərəsinin öz ritualları (mərasimləri) və öz
əyləncələri vardı. Ən qədim yazılı abidələrdə göstərilir ki, Novruz bayramı
bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
İslam
dini Novruz bayramına dini çalarlar gətirmişdir. Lakin Firdovsi, Rudəki, İbn
Sina, Nizami, Sədi, Hafiz kimi böyük mütəfəkkirlər dəlillərlə göstərirdilər ki,
Novruz bayramı İslamdan çox-çox əvvəl yaranmışdır. Novruz bayramına həsr
edilmiş əsərlərə misal olaraq Nizaminin “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə”
əsərlərini göstərmək olar.
Odlar
yurdu Azərbaycan atəşpərəstliklə bağlı zəngin ənənələrə malikdir. Bu baxımdan
Novruz ruhun təmizlənməsi rəmzidir. Novruzdan əvvəlki axır çərşənbə ərəfəsində
tonqallar yandırılır və yaşından, cinsindən asılı olmayaraq, hər kəs bu
bərəkətli odun üstündən yeddi dəfə tullanmalıdır. Eyni bir tonqalın üstündən
yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaq lazımdır.
Bu ritualı yerinə yetirərkən “Mənim sarılığım sənə, sənin qızartın mənə keçsin”
demək lazımdır. Novruz tonqalının üstünə heç vaxt su tökmürlər. Tonqal özü
sönəndən sonra oğlanlar və qızlar onun külünü yığıb evdən uzağa aparırlar. Bu o
deməkdir ki, bütün pisliklər həmin külə qarışaraq gedir.
Su
ilə təmizlənmə suyun təmizləyici qüvvəyə malik olması barədə təsəvvürlərlə
bağlıdır. Novruz günlərində arx üstündən tullanmaq ötən ildə edilmiş günahları
yumaq deməkdir. Belə bir adət də var: İlin son gecəsində adamlar bir-birinin
üstünə su çiləyirlər. Xalq inamına görə, axır çərşənbə gecəsi çaylar və arxlar
dayanır, hamı və hər şey, hətta ağaclar da yerə əyilərək suya təzim edirlər.
Yeni il axşamında kim bu sudan içərsə, o, xəstələnməz.
Novruzun
zirvəsi köhnə ilin öz səlahiyyətlərini yeni ilə təhvil verməsidir. Qədimdən
yaranmış ənənələrə görə, həmin vaxtda Novruzun şərəfinə toplardan və
tüfənglərdən atəş açırlar. N.Dubrovin hələ XIX əsrdə bu barədə yazırdı:
“Azərbaycanda baharın gəlməsini şəhərlərdə və kəndlərdə toplardan açılan yaylım
atəşi ilə bildirirdilər”. Azərbaycanda Novruz bayramı şərəfinə təntənələrdə
iştirak etmiş Adam Oleari isə yazırdı: “Münəccim astronomik cihazdan və Günəş
saatından istifadə etməklə Günəşin hündürlüyünü təyin edərək, gecə ilə gündüzün
bərabərləşdiyi anda bildirdi: “Təzə il gəldi”. Elə həmin anda şəhər
qüllələrindəki toplardan yaylım atəşi açıldı, qala divarlarından musiqi
sədaları eşidildi. Beləliklə, Bahar bayramı başlandı” (1637).
Novruzda
süfrədə adları “S” hərfi ilə başlayan yeddi xörək, habelə sumax, sirkə, süd,
səməni, səbzi və sair olmalıdır. Süfrəyə güzgü və şamlar, güzgünün qabağına
boyanmış yumurtalar qoyulur. Bütün bunların hər birinin rəmzi mənası var: şam –
insanları bədnəzərdən qoruyan od, işıq, güzgü isə aydınlıq deməkdir.
Ənənəyə
görə, bayramın birinci günündə hər kəs öz evində olmalıdır. Xalq içində
deyərlər: “Əgər Novruzun birinci günündə öz evində olmasan, yeddi il evinə
həsrət qalacaqsan”. Keçmişdə Novruz bayramı günündə evin bayır qapısı, bir
qayda olaraq, bağlanmırdı. Novruzun birinci günü bütün gecə işıq yanır, çünki
işığın sönməsi bədbəxtlik əlamətidir.
Kəndlilər
Novruz bayramını qeyd edərkən yeni ilin quraqlıq, yoxsa yağmurlu, məhsuldar,
yoxsa qıt olacağını müəyyən edirlər. Ənənəyə görə, Novruzun birinci günü bahar,
ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Əgər
birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaqdır.
Novruz
insanların çox xoşladığı, onlara şən ovqat bəxş edən bayramdır. Novruz
Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayramdır.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.
Dini mərasim olan Qurban bayramı bütün
müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox
əvvəl mövcud olmuşdur.
Hicri
tarixinin ikinci ilində, Məhəmməd Peyğəmbər Mədinədən Məkkəyə köçəndən sonra
islam aləmində qurban kəsmək adəti yoxsullara və yetimlərə kömək, arzuların çin
olması üçün sədəqə verilməsi kimi yeni mənalar kəsb etdi. Dini mərasim olan
qurban kəsilməsi İbrahim Peyğəmbərlə bağlı bir əhvalatdan sonra yaranmışdır. O,
yuxuda görür ki, Allah İbrahimin ona inamını sübut etmək üçün oğlu İsmayılı
qurban kəsməsini əmr edir. Əsl dindar olan İbrahim Allahın bu əmrini yerinə
yetirməyə, İsmayıl da qurban kəsilməyə hazır idi.
Qurban
bayramı zamanı hər bir imkanlı müsəlman bir heyvanı qurban kəsməli, onun ətini
yoxsullara və yetimlərə paylamalıdır. Qurban kəsmək insanın həqiqi etiqad
ucalığına yüksəlmək məqsədi güdür. Quranda bununla əlaqədar deyilir: “Onların
nə əti, nə də qanı Allaha çatacaq. Ona sizdən ancaq təqva (Allahdan qorxma)
çatacaqdır”. (22:37)
Qurban
bayramı 2 gün qeyd edilir.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.
RAMAZAN
BAYRAMI
Müqəddəs Ramazan ayı müsəlmanlar üçün Hicri
tarixinin ikinci ilində (Miladi tarixin 622-ci ilində) müəyyən edilmişdir.
Ramazan ayı insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi,
cismani və ruhi sınaqlardan keçməyi təlqin edir. Müsəlmanlar bu ayda oruc
tuturlar.
Orucluğun
tarixi Hicri təqviminin ikinci ilindən başlanır. O vaxt Məhəmməd Peyğəmbər
Mədinədə müsəlmanlar üçün Ramazan ayını müəyyən etmişdir. Allah Quranı
müsəlmanlara məhz Ramazan ayının son on gecəsinin birində nazil etmişdir.
Deyilənə görə, bu hadisə həmin ayın 23-dən 24-nə və ya 26-dan 27-nə keçən gecə
baş vermişdir. Həmin gecə “leylət əl-Qədr”, yəni güclü və qüdrətli gecə
adlanır. Quranda bu gecə barədə deyilir: “Biz onu (Quranı) Qədr gecəsində nazil
etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan da
xeyirlidir. O gecə mələklər və ruh (Cəbrayıl) öz Rəbbinin izni ilə hər bir əmrə
görə enirlər. O (gecə), sübh açılana qədər bir salamatlıqdır” (97:1-5).
Orucluq
dövründə günün işıqlı vaxtında yeməyə, siqaret çəkməyə, ər-arvad vəzifələrini
icra etməyə və başqa əməllərə icazə verilmir. Uşaqlar, hamilə qadınlar, ağır
xəstəlikdən əziyyət çəkənlər, döyüşçülər və səfərdə olanlar oruc tutmaqdan
azaddırlar. Orucluq təzə Ayın göründüyü andan başlanır və 29-30 gün davam edir.
Quranda deyilir: “Sübh çağı ağ sap qara sapdan seçilənə qədər yeyib-için. Sonra
da gecəyə qədər orucunuzu davam etdirin” (2:187).
Orucluq
hələ islamdan əvvəldə mövcud olmuşdur. Bu barədə Quranda deyilir: “Sizdən
əvvəlkilərə fərz qılındığı kimi sizə də oruc tutmaq fərz qılınmışdır ki, bəlkə
Allahdan qorxasınız” (22:183).
Orucluq
id-əl-fitr bayramı ilə başa çatır. Həmin gün bütün varlı və imkanlı müsəlmanlar
kasıb müsəlmanlara kömək etməyə borcludurlar.
1993-cü
ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir.
Ramazan
bayramı 2 gün qeyd olunur.
Qeyd:
2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə
üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.
Mənbə
http://www.president.az/azerbaijan/holidays#1
1918-ci ildə Sovet Rusiyası hökumətinin
başçısı V.İ.Leninin imzaladığı
dekretlə Qriqori təqvimi qəbul
edilmişdir. Beləliklə, Qriqori və Yuli
təqvimləri arasında 13 günə bərabər olan fərq
aradan qaldırılmışdır. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki
kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın
1-i və 2-i istirahət günü kimi qeyd edilir.
|
||
Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında
qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinintəklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə
Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda
həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü
elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i
öz bayram statusunu saxlamışdır.
|
||
Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir
və yeni ilin qarşılanmasını bildirir.Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin
başa çatdığını göstərir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli
dəyişikliklərlə beş gün qeyri-iş günü hesab hesab olunur.
|
||
1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radionun
diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı
oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.
|
||
1918-ci il
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu respublika millətimizin
tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
|
||
1993-cü il
iyunun 15-də Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü
bayram elan etdi.
|
||
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da
ilk hərbi hissə — əlahiddə korpus yaranıb. Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına[5] əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü
elan edilmişdir. Bundan əvvəl 18 sentyabr 1992-ci il tarixli 217 nömrəli
fərman[6] ilə Silahlı Qüvvələri günü 9 oktyabrda qeyd
edilirdi.
|
||
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi
sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya aktı yekdilliklə qəbul edilmişdir. Bu tarix hər il "Milli
müstəqillik günü" kimi qeyd edilir.
|
||
Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq
Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi
qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə
olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda Dövlət
Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli Sərəncamına[7] əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət
Bayrağı Günü kimi qeyd edilir.
|
||
1995-ci il noyabrın 12-də keçirilmiş referendumda
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin gündən 12
noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək
Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab
olunur.
|
||
Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə
etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında –
Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı.
1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir. Əmək
Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab
olunur.
|
||
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 25 dekabr 1991-ci il tarixli 38
saylı qərarı[8] ilə 31 dekabr Azərbaycanlıların milli
həmrəyliyi günü elan edilmişdir.
|
||
Ay təqviminə görə dəyişir
|
1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində 2
gün ərzində qeyd edilir.
|
|
Ay təqviminə görə dəyişir
|
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin
bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının
10-cu günü,Məkkəyə həcc dövründə qurbanlıq
heyvanların kəsilməsi şəklində qeyd olunur. Qurban bayramı 2 gün qeyd edilir.
|
Hazırladı:
N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin
tarix müəllimi Rəsulov Etibar Teyyub oğlu.
Комментариев нет:
Отправить комментарий