ƏRKÖYÜNLÜYÜN
UŞAQ PSİXOLOGİASINDA MƏNFİ ROLU

Ailədə qazanılmış tərbiyə
çoxəsrlik müşahidələrə və alimlərin fikrinə əsaslanaraq deyə bilərik ki, ana bətnindən
başlayır. Anaya xas olan bəzi xasiyyətlər
uşağa ötürülür. Uşaq dünyaya göz açandan sonra ailədə, bağçada, məktəbdə
tərbiyə prosesi inkişaf etdirilir və cəmiyyətdə şəxsiyyətin formalaşması ən
yüksək həddə çatır.
Onu da qeyd etmək lazımır
ki, şəxsiyyətin inkişafı daxili və xarici amillərdən çox asılıdır. Yəni,
genetik, bioloji, fizioloji və digər
daxili amillər fərdin müəyyən sinifə, ailə mühitinə məxsus olması həm də xarici
amilləri-şəxsi fəallığı, marağı və kollekti vin, ictimai qrupların tərbiyəvi təsirlərini
də özündə birləşdirir.
Hər bir ailə cəmiyyətə bəxş
etdiyi övladını düzgün tərbiyə etməyə borcludur. Məgər bütün ailələr bu müqəddəs
borcu layiqincə yerinə yetirirmi? Yox. Cavabı çox qısa olsa da, arxasında böyük
müəmmalar olan bir sualdır. Hər bir insan
bu suala təbiətinə və tərbiyəsinə
uyğun cavab verməkdə azaddır. Bəziləri günahı özündə, digərləri isə başqasında
axtarmaqla özünü haqlı sayacaqdır. Bu da təbii qəbul olunmalıdır.
Ailədəki tərbiyədə uşağı həddən
artıq nazlamaq və onun ərköyün böyütmək bəzən uşağın gələcəyi üçün təhlükə
risqini artırır. Arzularının yarımçıq qalmasına şərait yaradır. Cəmiyyətdə
“artıq” bir fərdə çevrilir. Belələrinin həyatdakı müvəffəqiyyətləri bəzən başqalarına mənfi münasibətləri sayəsində əldə
olunur.
Məktəbdə ərköyün uşaqlarla
məktəb psixoloqlarının fərdi iş aparması məqsədə müvafiqdir. Eyni zamanda sinif
rəhbərlərinin həmin uşaqlar üzərində
gündəlik müşahidəsi zamanı əldə
olunmuş məlumatı valideynlərlə vaxtaşırı müzakirə etməklə qismən müsbət nəticəyə
nail olmaq olar. Valideynlər ilə söhbət zamanı çox maraqlı faktlarla üzləşmək
mümkündür. Bəzi valideynlər bəhanə gətirir ki, bir övladım var. Gözümün ağı-qarasıdır. Söz deyirəm
inciyir. Yemək yemir, hətta küsüb evə gəlmir və s. Əslində hər kəs elə bir fərd
hesab olunmalıdır .Yoxsa fərd dən danışmağa ehtiyac olmazdı
. Tutaq ki, ailədə 10 uşaq vardır. Deməli, hər bir uşaq ayrılıqda fərdi
psixoloji amillərin daşıyıcısıdır. Bir çox valideynlər isə ya bunları bilmir,
ya da bunlara əhəmiyyət vermir. Bu da uşağın tərbiyəsində zərərli vərdişlərin
meydana gəlməsi üçün zəmin yaranması ilə nəticələnir.
Maraqlı burasıdır ki, bəzi
validenlər qız övladlarını da çox nazlayır, ərköyün böyüdürlər . Həmin uşaqlar məktəbdə
yoldaşları ilə mehriban münasibət saxlamaqda çətinlik çəkirlər. Tez-tez
yoldaşlarından küsür, yaxşı geyimi olmayan uşaqla oturmaqdan imtina edir ,
özündən başqasını sevmkdə çətinlik çəkir və s.
Ərköyün oğlan uşaqlarının
işi daha çətindir. Bir vətəndaş kimi ordu sıralarına çağrılarkən ilk günlər
böyük çətinliklərlə üzləşirlər. Nizam-intizama tabe olmağa öyrəşmək, evdə anaya
verilən sifarişli yeməyi yox, əsgərlər üçün bişirilən ümumi yeməklə qidalanmaq
məcburiyyətində qalmaq, özü kimi ərköyün yoldaşlarla düzgün münasibət qura bilməmək
onlarda psixoloji amillərin meydana çıxması ilə nəticələnir.Belə uşaqlar
validendən uzaqlaşan kimi bir sıra problemlərlə üzləşir
Oğlanlardan fərqli olaraq ərköyün
qızların qarşısına çıxan çətinliklər ətrafında valideynlər daha ciddi düşünməlidirlər.
Belə ki, qızlar həm də cəmiyyətimizdə mühüm rola malik analarımızın
davamçılarıdır. Belə qızlar ər evinə köçəndən sonra ata evindəki ərköyünlüyü
davam etdirə bilməyəndə daxili çatışmamazlığını büruzə verirlər. Yeni tələblərə
qarşı çıxır, nəticədə ər evini tərk etməklə çıxış yolu tapsa da, ailə dağılır.
Məktəblə ailə arasında olan
əlaqələrin müasir təhsil sisteminə uyğun həyata keçirilməsi günün vacib məsələlərindən
biri kimi həmişə diqqət mərkəzində saxlanılmalı,uşağın davranışındakı hər hansı
dəyişiklik əxlaq normaları daxilində birgə təhlil olunmaqla düzgün çıxış yolu
tapılmalıdır. Uşaqlara və məktəbə dövlət tərəfindən göstərilən yüksək səviyyəli
qayğı deyilənlərin həyata keçirilməsi üçün hər cür şəraiti yaratmışdır.
Beləliklə, müasir təlim
üsulları ilə silahlanmış müəllimlərimizin bilik və bacarığından səmərəli
istifadə etməklə validenlərimiz övladlarının düzgün tərbiyə olunmasına nail ola
bilərlər. Bu işdə görkəmli pedaqoqların, müəllimlərin təcrübəsi əvəzsiz tərbiyə
məktəbidir. Valideynlər bu gün daha çox çalışırlar ki, övladları savadlı
olsunlar. Ona görə də uşaqlarını repitotorların
yanına aparmaqdan belə çəkinmirlər. Nəticədə uşağın biliyi artdıqca ərköyünlüyü
də artır. “Mən” ifadəsini başqalarından seçilmək üçün daha tez-tez işlədir. Valideyn isə çox sakit
və razılıqla bu halı müşahidə edir, bəyənir. Belə olan təqdirdə, cəmiyyətə təqim olunmuş
savadlı və ərköyün gənc çox vaxt qarşıya qoyduğu məqsədə nail ola bilmir. Müəyyən
psixoloji məqamlarla üzləşməli olur. Ona görə də hər bir vadideyn çalışmalıdır
ki, uşaq cəmiyyətin ümumi bir üzvü kimi tərbiyə olunsun. Gələcəkdə qarşıya
qoyduğu məqsədini həyta ktçirərkən şəraiti və onun həyata ktçirilməsi üsul və
vasitələri düzgün müəyyən edə bilsin. Ancaq belə bir halda valideyn qarşısına
qoyduğu vəzifənin bir qismini həyata keçirməyə nail ola bilər.
Sabir Mirhəsənoğlu.
Həsənov adına Kijəbə qəsəbə
tam orta məktəbin müəllimi.
15.09.2016-cı il
15.09.2016-cı il
____________________________________
MƏKTƏBDƏ VƏ SİNİFDƏ ŞAGİRD DAVRANIŞ QAYDALARI

Məktəbdə müəllim tərəfindən “Davranış
qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla
müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki,
şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və Qanunlara əməl etməsi elə məktəb
dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Elmin inkişafı ilə bağlı olaraq müasir
dövrümüzdə mürəkkəb bir varlıq olan
insanı bir sıra elm sahələri öyrənir. Bu elmlər arasında psixologiyanın
da öz yeri vardır. Məktəbdən başlayaraq şagirdlərin psxoloji cəhətdən düzgün
öyrənilməsi və istiqamətləndirilməsi ən vacib problemlərdən biri kimi diqqət mərkəzində
saxlanılmalıdır.
Elm-təhsil
ocağı olan məktəb də kiçik bir cəmiyyətdir. Sinif isə müqaisədə ondan bir qədər
kiçikdir. Siniflər məktəbi əmələ gətirir. Bir anlığa təsəvvür edək ki, təxminən
600 şagirdin təhsil aldığı məktəbdə heç
bir davranış qaydası yoxdur. O zaman hansı mənzərə ilə rastlaşırıq? Əlbəttə
ki, özbaşnallıq yaranar. Buna görə də, sinif və məktəb üçün davranış qaydaları
tərtib olunmuşdur. Həmin Qaydalar əsasən I-IV siniflər, V-VIII siniflər və
IX-XI siniflər üçün ayrılıqda tərtib olunur. Sual oluna bilər ki, bir məktəbdə
3 növ davranış qaqydasının müəyyən edilməsi
qaydası haradan meydana gəlmişdir?
Məlumdur
ki, I-IV sinif şagirdləri hələ çox kiçikdirlər. Onlardan çox şey tələb etmək
mümkün deyil. I sinifə yenicə qəbul olunmuş uşaq məktəblə, onun xüsusiyyətləri
ilə və yoldaşları ilə tanış olur. Onlar çox vaxt darıxır, evə getməyə tələsirlər.
Getdikcə məktəbə alışan uşaqlar daxili nizam-intizam qaydalarını öyrənir və ona
əməl edirlər.
V-VIII sinif şagirdləri nisbətən böyük
olduqlarından “Davranış qaydaları”nda onların qarşısına qoyulan tələblər də dəyişir.
IX-XI sinif şagirdləri isə artıq müstəqil həyata
hazırlaşdıqlarından, dünya görüşləri genişləndiyindən bu qaydalar bir qədər də mürəkkəbləşir.
Unutmaq
olmaz ki, “Davranış qaydaları”nda şagirdlərin vəzifələri xatırladılır. Bu
qaydaların müddəalarında müəyyən qadağanedici normalar vardır. “Bunu etmək
olmaz” fikrini həmişə yadda saxlamaq lazımdır. Çünki, elə hərəkətlər var ki, yaşından
asılı olmayaraq onu etmək heç bir insana başucalığı gətirmir.
Hər
ailənin də özünəməxsus “davranış qaydaları”nın olduğunu və məktəbin böyük bir
ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kumi, məktəbdə də “Davranış
qaydaları”na əməl etməliyik.
Təcrübəli pedaqoqların fikrincə, uşaq ailənin
güzgüsüdür. Məktəbə gələn hər bir məktəbli öz ailəsindəki tərbiyəni, “Davranış
qaydaları”nı təcəssüm etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi
fikir yaranmasın deyə, ağıllı və normal şəkildə hərəkət etməyə borcludur.
Sinif
davranış qaydalarını şagirdlər sinif rəhbəri ilə birlikdə tərtib edə bilər.
Növbətçilik cədvəli, sinif təşkilatı adlanan bölgü də “Davranış qaydaları”nın
bir nümunəsidir.
Yuxarıda qeyd etdiyimiz kimi, I sinifdən XI
sinifə qədər “Davranış qaydaları”nın dəyişməsinin bir səbəbi də getdikcə
yetkinləşən məktəblinin müstəqil həyata, cəmiyyətin qanunlarına uyğunlaşması
üçün hazırlıq məqsədi daşıyır. Nümunə üçün aşağıdakı müqaisəyə diqqət edək:
l-lV siniflər üçün qaydaların 1-ci bəndində yazılır “Səylə oxumalı, müəllimin
izahını diqqətlə dinləməli, onun bütün tapşırıqlarını yerinə yetirməlidir”. V-
Vlll siniflər üçün qaydaların 1-ci bəndində yazılır “İnadla biliklərə, təhsil
bacarığı və vərdişlərinə yiyələnməli, əsas təhsili başa vurmalıdır, mənlik və əxlaqi
şüurunu, hüquqi düşüncəsini, milli və mənəvi keyfiyyətlərini inkişaf etdirməlidir”.
lX –Xl siniflər üçün qaydaların 1-ci bəndində yazılır: “İnad və yaradıcılıqla
elmlərin əsaslarına və özünütəhsil vərdişlərinə
yiyələnməli, aldığı biliyi həyata tətbiq etməlidir”. Bu nümunədən aydın görünür
ki, sadədən mürəkkəbə doğru şagirdin qarşısına qoyulan vəzifə də psixoloji
hazırlığa uyğun olaraq dəyişdirilir.
Müstəqil həyatda tələblər dəyişir. Uşaq
olarkən heç bir məsuliyyət daşınılmayan məsələlərdə belə məsuliyyət müəyyən edilir. Ona görə də, məktəblilər
“Davranış qaydaları”na əməl etməklə gələcəkdə
Qanuna hörmət etmək, cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnmiş
olurlar.
Bir sözlə, şagird davranış qaydaları ən sadə
cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət
kimi formalaşmasına zəmin yaradır. Əlbəttə, burada müəllim və valideynin birgə
səyi unudulmamalıdır. Təsadüfi deyil ki, dahilərdən biri “qanuna əməl et, dinc
yaşa”, demişdir.
07. 03. 2016-cı il
____________________________________
“ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ”

Məktəb həmişə yaxşı göstəriciləri
ilə rayonda seçilmiş, məzunlarımızın rayonun təhsil salnaməsında həmişə xüsusi
yeri olmuşdur. Fərəhli haldır ki, bu gün müəllim peşəsini davam etdirən məzunlarımızdan
3-ü “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adını qazanıb.
2013-2014 –cü tədris ilində
məktəbin məzunu Quliyev Fuad Firudin oğlunun 681 bal toplayaraq Prezident təqaüdünə
layiq görülməsi, X sinif şagirdi Hacızadə
Rafət Mərasim oğlunun “Heydər Əliyev məktəblilərin gözü ilə” respublika
inşa müsabiqəsinin qalibi olması və 10-a yaxın şagirdimizin qəbul
imtahanlarında arzulanan nəticəni əldə etməsi, uğurlarımızın təsadüfi
olmamasını düşünməyə əsas verir.
Sevindirici haldır ki, 2014-2015-ci
tədris ilində nailiyyətlərimizi daha da yüksəldə bilmişik. 27 məzunumuz ali məktəbə sənəd vermiş,
onlardan 20-si tələbə adını qazanmışdır. Sevinirəm ki, dərs dediyim 8 şagird
500-dən yuxarı, 2 şagird isə 600-dən yuxarı bal toplamışdır. Onu da qeyd etmək
yerinə düşər ki, bu tədris ilində yuxarıda sadalanan rəqəmlərə görə məktəbimiz
rayonda ali məktəbə daxil olan həm məzunların sayına görə, həm də ən yüksək bal
toplamış məzun nailiyyətinə görə birinci yerdədir. Sözü gedən məzunlardan: Mərufov İlham Malik
oğlu 685 balla Ali Neft Məktəbinin - Prosesslərin avtomatlaşdırılması
ixtisasına, Babayeva Mətanət Eldar qızı 606 balla BDU-nun Tarix ixtisasına,
Muradov Sabir Arzuman oğlu 569 balla ADNA-nın Qaz boruqları mühəndisliyi
ixtisasına, Ağayeva Kəmalə Söhrab qızı
540 balla ATU-nun Müalicə işi ixtisasına, Baxşıyev Sevman Vidadi oğlu 527
balla APU-nun Tarix ixtisasına, Qasımov
Elbrus Sərxan oğlu 511 balla ADNA-nın Elektronika-telekomunikasiya mühəndisliyi
ixtisasına, Şirinbəyov Samir Vaqif oğlu 501 balla APU-nun Tarix ixtisasına,
Hacızadə Rafət Mərasim oğlu 500 balla Polis Akademyasına qəbul olunmaqla məktəbimizdə
verilən biliyin yüksək səviyyədə olmasını nümayiş etdirmişlər. Bizim də
borcumuzdur ki, yuxarıda adı çəkilən və çəkilməyən, tələbə adına layiq görülən
bütün məzunlarımızı, onların valideylərini, müəllimlərini qazanılan uğur
münasibətilə bir daha təbrik edək.
Kijəbə qəsəbə tam orta məktəb
müəllimlərinin daha bir uğuru ondan ibarətdir ki,
son illər ali məktəbə ən yüksk balla qəbul olunan əksər məzunlarımız müstəqil
surətdə hazırlaşaraq, repetitor müəllimlərə müraciət etmədən bu zirvəni fəth
edirlər.
Ürəkdən bağlandığım tarix fənnini yüksək səviyyədə tədris etməklə
şagirdlərimdə vətənpərvərlik tərbiyəsini
inkişaf etdirməklə yanaşı, onlarda soykökümüzün şərəfli keçmişinə, Ulu Öndərin
ideyalarına məhəbbət oyadıram. Eyni zamanda cənab Prezindetimiz İ.H.Əliyevin təhsilimizin
inkişafındakı rolunu həmişə şagirdlərimə tarixi faktlar əsasında dönə-dönə öyrətməkdən
yorulmuram. Elə ona görə də, ən yüksək bal toplamış məzunlarımızdan 3-nün Tarix
ixtisası üzrə ali təhsillərini davam
etdirəcəklərini biləndə fərəhimi gizlədə bilmirəm. Zənnimcə üzərimə düşən vəzifənin
öhdəsindən layiqincə gəlib, yurdumun tarixini, o cümlədən tarix fənnini şagirdlərimə
lazımınca sevdirə bilmişəm.
Qazanılan uğurların əldə edilməsinə Astara rayon Təhsil Şöbəsinin, Kijəbə
qəsəbə tam orta məktəb kollektivinin, valideynlərin və şagirdlərin birgə əməyi
nəticəsində nail olmuşuq desək, yanılmarıq.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Respublikasının Təhsil
Qanununu əldə rəhbər tutan məktəb kollektivi öz üzərinə düşən vəzifənin öhdəsindən
şərəflə gəlməyə çalışır, qazanılmış uğurlarla arxayınlaşmır. İstər ayrı-ayrı fənlərin
tədrisində, istərsə də məktəb çərçivəsində həyata keçirilən müxtəlif məqsədyönlü
tədbirlər yalnız bir amala-Müstəqil Azərbaycanın dünyada tanınmasına və gələcəyimizin
təminatçısı olan gənclərimizi xalqımızın layiqli övladı kimi yetişdirməyə xidmət
edir.
Fətullayev Teymur Sabir oğlu,
Kijəbə qəsəbə
tam orta məktəbin tarix müəllimi.
01. 08. 2015-ci il
______________________________________________________________________________________________
Комментариев нет:
Отправить комментарий