Olimpiada iştirakçıları



                                                      Rüstəmova Fatma Fəraim qızı

19 avqust 2000-ci ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşam. 2005-ci ildə N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olmuşam. İlk günlərdən sinif yoldaşlarımdan bilik və bacarığımla fərqlənmişəm. Hal-hazırda 11-ci sinifdə oxuyuram. 
2009-cu ildə Astara rayonunda keçirilən “İstedad - 2009” festivalının qalibi olmuşam. 
2015-ci ildə 9-cu sinif buraxılış imtahanlarının hər iki fənnindən əla qiymət almışam. 
13 mart 2016-cı ildə fənn olimpiadasında coğrafiya fənni üzrə rayon birinciliyində ən yüksək nəticə və zona yarışında fəal iştirakıma görə fəxri fərmanla mükafatlandırılmışam.


Ən böyük arzum məzun olduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmaqdır. 

Комментариев нет:

Отправить комментарий