Rəhbərlik



   Fətullayev Teymur Sabir oğlu

 1974-cü ildə Astara rayonun Kijəbə  qəsəbəsində anadan olmuşdur.
   1981-1992-ci illər Astara rayonun  Kijəbə  qəsəbə orta məktəbində  təhsil almışdır. 
    1992-ci ildə Astara rayonun Kijəbə  qəsəbəsində,  N.Gəncəvi adına sovxozda  əmək fəaliyyətinə   başlamışdır. 
    1995-1998-ci illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur.
    2000-ci ildə qəbul olunduğu Lənkaran Dövlət Universitetinin tarix və ictimaiyyat fakültəsini, 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
    2005-2007-ci illərdə Lənkəran Dövlət Universitetində “Magistratura və doktorantura” şöbəsində təhsilini davam etdirərək  “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 2001-ci ildən hal-hazırkı vaxta qədər ixtisası üzrə Astara rayonun N.Həsənov adına Kijəbə qəsəbə tam orta   məktəbində müəllim işləyir.
    T. Fətullayev 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olduğuna görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli 3044 №-li Sərəncamı  ilə mükafatlandırılıb.
2013-ci ildə Azərbaycan müəllimlərinin  XIV qurultayının nümayəndəsi olmuşdur.
    2013-2014-cü tədris ilində V-VI siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumorta təhsil kurikulumu üzrə təlimçilik fəaliyyəti göstərmişdir.
   Təhsil sisteminin informasiyalaşdırılması proqramı çərçivəsində keçirilən IV, V, VI və VII Respublika "Elektron Təhsil" müsabiqəsinin iştirakçısıdır.
   2015-ci ilin sentyabr ayından etibarən müəllimi olduğu Kijəbə qəsəbə tam orta məktəbin direktoru vəzifəsində çalışır.
   T. Fətullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 sentyabr tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir.

http://istedadlar.biz/f%C9%99tullayev-teymur-sabir-oglu/


________________________________________________________________________



Mərufov Malik Səttar oğlu



1968-ci ildə Kijəbə qəsəbəsində anadan olmuşdur.

1985-cidə Kijəbə qəsəbə orta məktəbində  təhsilini başa vurmuşdur.
1985-ci ildə daxil olduğu ADPİ-nun riyaziyyat və informatika fakültəsini  1992-ci ildə bitirmişdir.
1992-ci ildən məzunu olduğu N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.
2011-ci ilin iyun ayından hal-hazıradək  N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir.



________________________________________________________________________




                            Osmanov Rahim Osman oğlu


1968-ci il may ayın 26-da Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur.

1975-1985-ci illər Kijəbə qəsəbə orta məktəbində təhsil almışdır.
1985-1986-cı illər Bakı şəhər 18 saylı peşə məktəbində təhsil almışdır.

1986-1988-ci illər Sovet ordu sıralarında hərbi xidmət etmişdir.

1989-1995-ci illər Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili İnstitutundda rus dili və ədəbiyyatı ixtisası üzrə tam kurs bitirmişdir.

1990-1995-ci illər Astara rayon Kijəbə qəsəbə tam orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində işləmişdir.

1995-ci ildən indiyədək Kijəbə qəsəbə tam orta məktəbində Təşkilatçı vəzifəsində işləyir.


_________________________________________________________________________


 Cavadov Cahangir Əminağa oğlu


13.12.1987-ci ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur.
1994-2005-ci  illərdə N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində oxumuşdur. 
2005-ci ildə  Az.DBTİA-ya daxil olmuş, 2009-cu ildə həmin ali məktəbi  bitirmişdir. Həmin il hərbi xidmətə yollanmışdır.
1 illik hərbi xidmətini başa vurduqdan sonra 2013-cü ildə Astara rayonu N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində GÇH rəhbəri kimi  müəllimlik fəaliyətinə  başlamışdır. 
Hal-hazırda müəllimlik fəaliyətini davam etdiririr. 
2016-cı ildə Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə təlim kursunu bitirmişdir.

__________________________________________________________________________



Abbasov Sahib Qəzənfər oğlu.

15 fevral 1964-cü ildə Astara rayonun Sım kəndində anadan olmuşdur.
1971-1979-cu illərdə Sım kənd səkkizillik, 1979-1981-ci illərdə isə Pəlikəş kənd orta məktəbin 10-cu sinifini  bitirmişdir.
1982-1984-cü  illərdə  hərbi xidmətdə olmuşdur. 
1990-1995-ci illərdə Ural Dövlət Pedaqoji İniversitetinin  fizika və informatika fakültəsini bitirmişdir.
1996-2007-ci illərdə Sım kənd orta məktəbində işləmiş və 2008-ci ildən indiyə qədər Kijəbə qəsəbə tam orta məktəbində fəaliyyət  göstərir.

22 Dekabr 2015-ci ildən N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin ilk  həmkarlar  təşkilatının  sədri vəzifəsini icra  edir.


__________________________________________________________________________ 

                                                     
                        Fərziyev Əliheydər Həmid oğlu


1959-cu ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur. 
1976- cı ildə Kijəbə qəsəbə orta məktəbini bitirmişdir. 
1976-cı ildə Bakı şəhərində 54 saylı texniki- peşə məktəbinə daxil olmuş, bitirdikdən sonra bir müddət istehsalatda çalışmışdır. 
1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 
1980-ci ildə Astara Suvarma Birliyində qaynaqçı kimi işə başlamış, sonra bir neçə peşədə çalışmışdır. 
1996-cı ildən Kijəbə qəsəbə tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini kimi fəaliyyətə başlamış, hal-hazıra qədər həmin işi icra etməkdədir.
Ailəlidir, 6 övladı var.

___________________________________________________________________




Комментариев нет:

Отправить комментарий