Minayev Mahmudəli Əhmədəli oğlu
1974-1985-ci illər Kijəbə qəsəbə orta məktəbində təhsil almışdır.
1985-1987ci illər Sovet ordusu sıralarında Əfqanıstan Demokratik Respublikasında xidməti borcunu yerinə yetirmişdir.
1987-ci ildə hərbi xidmətini başa vurub vətənə qayıtdıqdan sonra Gəncə Kənd Təsərüfatı İnstitutuna daxil olmuşdur.
Ali məktəbi bitirdikdən sonra 6 il ixtisasına uyğun olaraq Astara Subtropik sovxozunda çayçılq üzrə birqadir kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda Yeni Azərbaycan Həyatı qəzetinin redaktor müavini işləyir.
______________________________________________________
______________________________________________________
Rüstəmov İlham Ağabala oğlu
06 noyabr 1961-ci ildə Astara rayonunda anadan
olmuşdur. 1961-ci ildə 1969-1977-ci ildə Kijəbə qəsəbəsində VIII illik təhsili
başa vurduqdan sonra Bakı Politexnik Texnikomuna daxil olmuşdur. 1981-ci ildə
Orta ixtisas təhsilini başa vurduqdan sonra, 1981-1983-cü illər Sovet ordusu
sıralarında Əfqanıstan Demokratik
Respublikasında xidməti borcunu yerinə yetirmişdir. Xidməti borcunu başa
vurduqdan sonra Leninqrad (Sankt-Peterburq) şəhərində 1993-cü ilə kimi 54
saylı Texniki Peşə məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. RSFR
yaşadığı müddətdə 1985-1990-cı illərdə Tümen Dövlət Universitetinin
hüquqşünaslıq fakultəsində təhsilini başa vurmuşdur. 1995-1997-ci illərdə Azərbaycan
Daxili İşlər Nazirliyinin Daxili qoşunlarında zabit kimi çalışmışdır.
Hal-hazırda ehtiyatda olan hərbiçidir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
_______________________________________________________
Əliyev Ərəstun Seyidağa oğlu

1974-1984-cü illər Kijəbə qəsəbə orta məktəbində 10 illik təhsilini başa vurmuşdur.
1986-1988-ci illər Sovet ordusu sıralarında Əfqanıstan Demokratik Respublikasında xidməti borcunu yerinə yetirmişdir. "Döyüşdə göstərdiyi xidmətə görə", "Əfqanıstan Demokratik Respublikasının Dostluq" və s. medallarla təltif olunmuşdur.
Hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
_________________________________________________________________________________
Qənbərov Saleh Gülağa oğlu
Комментариев нет:
Отправить комментарий