
Kurikulum
müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin
məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini
əks etdirir.
“Kurikulum” latın sözü olub,lüğəti mənası
“kurs”, “elm” deməkdir. Bu söz ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris
planı”, “proqram” kimi izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı
ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn
kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci illərindən
sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin
90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.
Təhsil
kurikulumlannı xarakterinə görə fənyönümlü və ya şəxsiyyətyönümlü kurikulumlar
adlandırmaq olar. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun
mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə
istiqamətləndirilir.Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və
miqdan əsas rol oynayır. Bütün praktik bacanqlann yerinə yetirilməsində məqsəd
biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət
olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana
keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyəsi çoxalır. Şagirdlər özlərinə
praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində
qalırlar.
Şəxsiyyətyönümlü
kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir.
Bu kurikuluma görə, insanm gələcək həyat fəaliyyətində lazım olacaq praktik
bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin
formalaşması ön plana çəkilir.Tələb olunan bacarıq və vərdişlərin
formalaşdırılmasna imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu
biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur.
Şəxsiyyətyönümlü
kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasnda,
məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması ücün əhəmiyyət kəsb edən
və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür.
Bütün
məqamlarda elə kurikulumlar vardır ki, onlar ümumi ölkə səviyyəsində qəbul
olunmaqla geniş miqyasda tətbiq edilir. Belə kurikulumlar milli xarakter
daşıdığı üçün Milli Kurikulum adlanır. Ayn-ayn fənlərin bütövlükdə xüsusiyyətlərini
əhatə edən kurikulumlar isə Fənn kurikulumları kimi tanınır.
______________________________________________________
·
Kurikulumlarda təlimin məzmunu
standartlarla ifadə olunur.
·
Kurikulum həm məzmunu, həm təlim prosesini, həm idarəetmə
və qiymətləndirmə məsələlərini, həm də məktəb- valideyn əlaqələrini əhatə edir.
·
Bacarıqlar formasında təqdim olunmuş standartlarda nəticələr
veni məzmunun xarakterik cəhəti kimi verilir.
·
Bütiin
kurikulumlarda hər hansı bir fənnə aid olan bütövlük və tamlıq gözlənilir, yəni
orada fənnə aid bütün məsələlər öz əksini tapır.
·
Kurikulumların
tətbiqi şagirdlərin tənqidi, məntiqi və yaradıcı təfəkkürünün
inkişafına yönəlir.
·
Yeni
kurikulumların başlıca məqsədi şəxsiyyəti kreativ bacarıqlara malik olan insan
kimi yetişdirməkdir.
·
Yeni
kurikulumlar inteqrativlik əsasıııda hazırlanır və tətbiq olunur.
·
Yeni təlim strategiyalarından istifadə
kurikulumların tətbiqi zamanı istinad olunan pedaqoji texnologiyaların əsasını
təşkil edir.
·
Yeni kurikulumlar özündə idarəetmə və qiymətləndirmə texnologiyalarını
ehtiva edir.
·
Bütün şagirdlər öyrənmə prosesinə cəlb olunur,
onlarda öz isinə məsuliyyət, davamlı fəaliyyət göstərə bilmək keyfiyyətləri
aşılanır;
·
Kurikulumların tətbiqi zamanı şagirdlərin təlim fəallığı
artır, onlarda idrak bacarıqlar yiiksəlir,tədqiqatçılıq,təhliletmə, mühakiməyürütmə,fərqləndirmə,
miiqayisəetmə,tətbiqetmə,izahetmə, təsviretmə,təqdimetmə,müstəqil və birgə fəaliyyət bacarıqları formalaşır;
·
Kurikulumlann tətbiqi valideynləri təlim prosesində
fəal iştiraka, təhsildəki yeniliklərlə maraqlanmağa, yeniliklərə münasibət
bildirməyə sövq edir, valideyn-məktəb əlaqələrinin giiclənməsinə zəmin yaradır.
Hazırladdı:
N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin
riyaziyyat müəllimi Mərufov Malik.
________________________________________________________________________________
Комментариев нет:
Отправить комментарий