Fətullayev Yusif Teymur oğlu

2014-cü ildə “Vergi uşaqların gözü ilə” rəsm müsabiqəsində uğurla
iştirak edərək fərqlənmə diplomu ilə təltif olunmuşdur.
2016-cı ilin sentyabr ayından Astara şahmat məktəbində bu qədim oynun sirlərini öyrənir.
2016-cı ilin sentyabr ayından Astara şahmat məktəbində bu qədim oynun sirlərini öyrənir.
Asudə vaxtlarında müxtəlif fiqurlar düzəltməyi xoşlayır.
Balaca Yusifin gündəlik dərslərində əla qiymətlərin sayı artdıqca, gələcəyə
inamı da artır.
__________________________________________________
Fətullayeva Fidan Teymur qızı

Balaca Fidan
N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində 2012-ci ildən oxumağa
başlamışdır.
Məktəbdə
oxuduğu 5 il ərzində müxtəlif tədbirlərdə
iştirak etməklə şagird yoldaşlarından fəallığı
ilə fərqlənmişdir.
22 may
2013-cü ildə Azərbaycan xalqının böyük satirik şairi Mirzə Ələkbər Sabirin
anadan olmasının 151 illiyinə həsr olunmuş ədəbi-bədii gecədə fəal iştirakına
görə məktəb rəhbərliyi tərəfindən “Tərifnamə” ilə təltif olunmuşdur.

Həkim olmaq arzusu ilə gündən-günə
böyüyən Fidan xanımın musiqiyə də böyük həvəsi vardır. Bu həvəs 2015-ci ilin
sentyabr ayında reallaşmışdır. O, Astara Musiqi Məktəbinin fortopiano şöbəsinin
I sinifinə daxil olmuşdur.
Çalışqanlığı və mehribanlığı ilə hər kəsin
rəğbətini qazanan bu gülərüz, ağıllı balamıza gələcək həyatında uğurlar diləyir,
səsinin daim yüksəklərdən gəlməsini arzu edirik.
________________________________________________
_________________________________________________________________________________
______________________________________________________
________________________________________________
Həmidov
Məhəmməd Elşad oğlu
N.Həsənov
adına Kijəbə qəsəbə tam orta məktəbin 8-ci sinifində təhsil alır. 4 ildir ki,
idmanın "Qaydasız döyüş" növü ilə məşğul olur. Azərbaycan
birinciliyində Astara, Lənkəran, Şəmkir və Bakı şəhərlərindədəfələrlə məktəbimizi yarışlarda uğurla təmsil etmişdir.
Ən böyük arzusu gələcəkdə Azərbaycanın bayrağını Olimpiya oyunların da dalğalandırmaqdır.
_______________________________________
Gülməmmədov
Məhsun Qədir oğlu
08.08.2003-cü ildə anadan olub.N.Həsənov
adına Kijəbə qəsəbə tam orta məktəbin 7-ci sinifində təhsil alır. İdmanın
Kinq-boks növü ilə 4 ildir ki, məşöul olur. Azərbaycan birinciliyində Astarada,
Lənkəran, Biləsuvar, Masallı, İmişli , Şəmkir və bakı şəhərində keçirilən mötəbər
yarışlarda iştirak edərək mükafata layiq yerlər tutmuş, idman kürsüsünün ən
yüksək zirvəsinə qalxmışdır.Ən böyük arzusu gələcəkdə ali məktəbə daxil olub sevimli peşəsini davam etdirməkdir.
______________________________________________________
Abdinova Emilya Teymur qızı
2013-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Vergi Dostları” layihəsi çərçivəsində” “Nika Çeki” tələb edək, dövlətə xidmət edək” yarışmasında II dərəcəli diplomla təltif olunmuşdur.
2006-cı ilin sentyabr ayında Kijəbə qəsəbə tam tam orta məktəbin 1-ci sinifinə qəbul olunmuşdur. Məktəbdə oxuduğu bu illər ərzində ictimai işlərdə fəallığı ilə sinif yoldaşlarından həmişə fərqlənmişdir.

Hal-hazırda Kijəbə qəsəbə tam orta məktəbin X sinifində təhsilini davam etdirir.
Riyaziyyat və bioloğiya fənlərini çox sevir.
Ən böyük arzusu orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmaqdır.
_________________________________________________________________________________
Ağacanova
İlahə Firudin qızı
18 avqust 2003-cü ildə Astara rayonun Kijəbə qəsəbəsində
anadan olmuşdur . 2008-ci ildə Kijəbə qəsəbə tam orta məktəbin birinci sinfinə
qəbul olunmuş,hal-hazırda VIII sinif şagirdidir.İstedadlıdır. Rəsm çəkməyi,
mütaliəni ,bədii qiraəti çox sevir.Məktəbin bütün tədbirlərinin fəal
iştirakçılarındandır.Bir neçə rayon səviyyəli müsabiqələrdə iştirak edərək hədiyyə
və diplomlar almışdır.Vergilər Nazirliyinin “Vergi dostları”layihəsinə uyğun
olaraq məktəbimizdə keçirilən rəsm müsabiqəsində I yerə layiq görülmüşdür.
Gələcəkdə ali təhsil almaq niyyətindədir. Arzusu
Bakı Dövlət Universitetində oxumaqdır.______________________________________________________
Комментариев нет:
Отправить комментарий