Kişiyev Azər Sabir oğlu

1983-1985-ci illərdə sovet ordusu sıralarında hərbi
xidmətdə olmuşdur.1986-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olmuş,1992-ci ildə bitirmişdir.
Pedaqoji fəaliyyətə Asxanakəran kənd orta məktəbində
başlamışdır.Daha sonra Hamuşam və Toradi kənd orta məktəblərində dərs
demişdir.1997-ci ildən Kijəbə qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətini
davam etdirir.Bu müddətdə bir çox uğurları olmuşdur.
1995-ci ildə Türkiyə Cümhuriyyətində təcrübə
mübadiləsində olmuş,xüsusi sertifikat almışdır.
1998 -2008-ci illərdə Azərbaycan müəllimlərinin
VIII və XIII qurultaylarının nümayəndəsi olmuşdur.Dəfələrlə rayon rəhbərliyinin
fəxri fərmanları ilə təltif olunmuşdur.
Sagirdlərindən bir çoxu müxtəlif bilik yarışları və müsabiqələrdə qalib olmuşlar.Onlardan Sabirzadə Sahib Azər
oğlu 2011-ci ildə “ Fövqəladə hallar
uşaqların gözü ilə “respublika müsabiqəsinin
inşa nominasiyası üzrə qalibi olmuş, II dərəcəli diplom və qiymətli
hədiyyələrlə mükafatlandırılmışdır.
A.Kişiyev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
2012-ci ildə isə “Ən yaxşı müəllim “müsabiqəsinin qalibi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən mükafatlandırılmışdır.
2012-ci ildə isə “Ən yaxşı müəllim “müsabiqəsinin qalibi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən mükafatlandırılmışdır.
_________________________________________________________________________
Hüseynov Beytulla Seyfulla oğlu
1972-ci ildə Kijəbə qəsəbə orta məktəbini əla
qiymətlərlə bitirib ADPİ – nun riyaziyyat fakültəsinə daxil olmuşdur. Ali məktəbdə
oxuduğu müddətdə 2 dəfə “Əla təhsilə görə”qızıl döş nişanına layiq görülmüşdür.
1979-cu ildə hərbi xidmətdən qayıtdıqdan
sonra indiyədək Kijəbə qəsəbə orta məktəbində riyaziyyat müəllimi işləyir.
2000-2007-ci illərdə “Maraq və Məntiq” teliviziya-intellekt
rubrikasında iştirak etmişdir.
2004-cü ildə “Maraq və Məntiq”-də I yeri
tutduğuna görə Fəxri-Fərmana, 2006-cı ildə şəxsi uğurlarına görə Diplama layiq
görülmüşdür.
25 sentyabr 2014-cü ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin “Fəxri-Fərmanı” ilə təltif olunmuşdur.
04 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllimi fəxri adına layiq görülmüşdur.
04 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllimi fəxri adına layiq görülmüşdur.
Комментариев нет:
Отправить комментарий