Təhsil

2014-2015-ci tədris ilində rayonun ümumtəhsil
məktəblərini 1014 məzun bitirmiş, onlardan 410 nəfəri ali və orta ixtisas
məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak etmiş, 182 nəfəri, o
cümlədən 69 qız müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Rayonun məzunlarından
26 nəfəri 500-dən, 7 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Astara rayonu Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin
2006-2007-ci il məzunu Rzayev Ravil Fəraim oğlu 682 balla, şəhər 5
saylı tam orta məktəbin 2009-2010-cu il məzunu Məmmədov Fərid Elçin
oğlu 685 balla, Kijəbə qəsəbə tam orta məktəbin 2013-2014-cü il
məzunu Quliyev Fuad Firudin oğlu 681 balla, “Prezident
təqaüdü”nə layiq görülmüşdür.
Astara şəhər 3 saylı tam orta məktəbin
2014-2015-ci tədris ilinin IX sinif şagirdi Əhədov Muxtar Ənvər oğlu
tarix fənni üzrə olimpiadanın Respublika turunuda III yeri tutataq “Bürünc”
medala layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə ənənəvi
olaraq məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda
keçirilən Respublika inşa müsabiqəsində Kijəbə qəsəbə tam orta məktəbin
şagirdləri Sabirzadə Sahib Azər oğlu 2012-ci ildə, Hacızadə Rafət Mərasim oğlu
isə 2014-cü ildə Respublikada III yeri tutaraq Təhsil Nazirliyinin diplomu ilə
təltif olunmuş, qiymətli hədiyyələrlə mükafatlandırlmışlar.
2015-ci ildə 7-15 yaşlı məktəblilər arasında
keçirilmiş rəsm müsabiqəsində Astara şəhər 5 saylı tam orta məktəbin
şagirdi Baxşızadə Dəniz Ümman oğlu Respublikada I yeri, Yaponiyada isə II yerı
tutaraq “Gümüş” medalla təltif olunmuşdur.
2013-2014-cü tədris ilində Azərbaycan
Respublikası Təhsil, Gənclər və İdman Nazirlkilərinin birgə layihəsi əsasında
keçirilən “İstedadların hazırlığı laboratoriyası” müsabiqəsində Şəhər 3 saylı
tam orta məktəbin məzunu Məmmədova Aytac Möhübbət qızı qalibı olmuş, II yerə
layiq görülmüş, “Gümüş” medalla təltif olunmuşdur.
Ötən 11 il ərzində rayonun ümumtəhsil məktəblərinin
müəllimlərdən 6 nəfəri “Əməkdar müəllim” adına, 5 nəfərı “Tərəqqi”
medalına layiq görülmüşdür. Eyni zamanda 6 müəllim “İlin ən yaxşı
müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
2003-2015-ci illər ərzində 14200 şagird yerlik 34
məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1720 şagird yerlik 5
məktəb binası inşa edilmişdir. 3450 şagird yerlik 6, o cümlədən Heydər Əliyev
Fondunun təşəbbüsü ilə 620 şagird yerlik 1 məktəb binası əsaslı təmir
edilmişdir.
Heydər Əliyev Fondu
tərəfindən tikilmiş məktəblər
№
|
Məktəbin adı
|
Tutumu
(yerlik) |
Təhvil verilən il
|
1
|
Təngərüd kənd tam orta
(1-ci korpus)
|
240
|
2005
|
2
|
Təngərüd kənd tam
otrta (2-ci korpus)
|
520
|
2006
|
3
|
Sipiyəpard kənd tam orta
|
200
|
2005
|
4
|
Ovala kənd ümumi orta
|
120
|
2005
|
5
|
Deqədi kınd ümumi orta
|
240
|
2006
|
6
|
Şəhər 4 saylı tam orta
|
400
|
2008
|
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi
Astara rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi
1977-ci ildə Gənc Təbiətçilər Stansiyası adı ilə fəaliyyətə başlamışdır. Rayon Ekoloji Tərbiyə
və Təcrübəçilik mərkəzi fəaliyyətini məktəbdənkənar müəssisələr haqqında
nümunəvi əsasnaməyə, Ekologiya sahəsində qəbul edilmiş Dövlət proqramları və
digər hüquqi sənədlər əsasında qurmuşdur. Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzi rayonun Maşxan kənd tam orta məktəbində yerləşir. Mərkəzə 2011-ci ildən
ali təhsilli, kimya müəllimi Mirzəyeva Şəmsiyyə Müzəffər qızı rəhbərlik edir.
Ştat vahidinə uyğun mərkəzdə bir nəfər metodist və bir nəfər xadimə işləyir.
Mərkəzdə 8 adda dərnəyin 10 qrupunda, hər qrupda 16 nəfər olmaqla 160 nəfər
şagirdlə 12 nəfər pedaqoji işçi çalışır. Pedaqoji işçilərdən 7 nəfəri ali, 5 nəfəri
isə orta-ixtisas təhsillidir. Mərkəzdə keçirilən dərnək məşğələlərinə rayonun
ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri cəlb edilmişdir. Mərkəzin əsas
vəzifəsi dərnəklərə cəlb edilmiş şagirdlərin təbiəti öyrənməyə marağını
artırmaq, inkişaf etdirmək, ekoloji biliklərə yiyələndirmək və təcrübəçilik
vərdişlərinə alışdırmaqla yanaşı asudə vaxtlarını səmərəli təşkil etməkdən
ibarətdir. Mərkəzin yetirmələri Zona və Respublika tədbirlərində fəal iştirak
edirlər.
Texniki Yaradıcılıq
Mərkəzi
Astara rayon Texniki Yaradıcılıq Mərkəzi 1984-cü ildə
Gənc Texniklər Stansiyası adı ilə fəaliyyətə başlamışdır. Hazırda müəssisə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.1994-cü il tarixli 334 saylı
qərarı ilə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
Mərkəz Astara rayonun Pensər kəndində yerləşir. Hazırda TYM-də 12
nominasiya üzrə 15 dərnək fəaliyyət göstərir: Mərkəzdə 14 nəfər dərnək
rəhbəri və bir nəfər metodist çalışır. Dərnək rəhbərlərindən 13 nəfəri ali
təhsilli, 2 nəfəri isə orta-ixtisas təhsillidir. Mərkəzə 1996-cı ildən ali
təhsilli fizika müəllimi Məmmədov Hatəmağa Muxtar oğlu rəhbərlik edir. 2008-ci
ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif
olunmuşdur. Mərkəzin dərnəkləri rayonun 12 tam orta məktəbində fəaliyyət
göstərir və dərnəklərdə 234 nəfər şagird texniki yaradıcılığın ayrı-ayrı
növləri ilə məşğul olur. Mərkəzin dərnək üzvlərinin əl işləri 2001-ci ildən
başlayaraq müntəzəm keçirilən Zona və Respublika baxış müsabiqələrində müvəffəqiyyətlə
nümayiş olunaraq diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Xüsusi mükafatlara
layiq görülənlər
N
|
Soyadı, adı, atasının adı
|
Vəzifəsi
|
Təltif edilmişdi
(tarix, medal)
|
1
|
Məmmədov Səfərəli Meybulla oğlu
|
Məsləhətçi
|
“Tərəqqi “ medalı 2009-cu il
|
2
|
Məmmədova Qızbəs Məmməd qızı
|
RTŞ müdiri
|
“Tərəqqi “ medalı 2010-cu il
|
3
|
Əliyev Arif Məmməd oğlu
|
Müəllim
|
“Tərəqqi “ medalı 2012 -ci il
|
4
|
Fətullayev Teymur Sabir oğlu
|
Direktor
|
“Tərəqqi “ medalı 2014 -cu il
|
5
|
Həbibov Həbib İzzət oğlu
|
Hərbi rəhbər
|
“Tərəqqi “ medalı 2015 -ci il
|
Комментариев нет:
Отправить комментарий