Fətullayev Teymur - “İntel Gələcək üçün Təhsil 10-cu
versiya”, İKT və kurikulum istiqamətləri üzrə təlimçi
1995-1998-ci illərdə Teymur Fətullayev Milli Orduda həqiqi hərbi
xidmətdə olmuşdur. 2005-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin “Magistratura
və doktorantura” şöbəsində “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə
magistr dərəcəsi almışdır. Müxtəlif illərdə beynəlxalq və respublika səviyyəli
mətbuatda elmi məqalələri dərc olunmuşdur. 2013-cü ildə “Ən yaxşı müəllim”
adını qazanmışdır. 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. O,
2001-ci ildən pedaqoji, İKT və kurikulum istiqamətləri üzrə
dövlət layihələrində təlimçi kimi isə 2012-ci ildən fəaliyyət göstərmişdir.
2015-ci ildən “İntel Gələcək üçün Təhsil 10-cu versiya” təlimi üzrə “İTE-Təhsildə
İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində təlimçi vəzifəsində işləyir.
Sevdiyi Sitat: Əgər yanıb işıq saça bilmirsənsə, onda heç
olmasa işığın qabağını kəsmə (L.N.Tolstoy)
_______________________________________________
Fəttayev
Rauf Vidadi - "İntel Gələcək üçün Təhsil 10-cu versiya" və kurikulum
istiqaməti üzrə təlimçi
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin “Kimya-biologiya” fakültəsini bitirmişdir. Əmək
fəaliyyətinə məktəbdə kimya-biologiya müəllimi kimi başlamışdır. 23 illik
pedaqoji təcrübəyə malik olan Rauf Fəttayev 2012-ci ildə “Mədəd Azərbaycan” MMC
tərəfindən təşkil edilmiş – “İntel Gələcək üçün Təhsil” təlimi üzrə “Təlimçi Təlimi”
və UNICEF tərəfindən təşkil olunmuş “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn
kurikulumlarının tətbiqi və fəal təlim mövzusunda məşqçilər üçün təlim”
kurslarını müvəffəqiyyətlə bitirərək, təhsil mərkəzində kurikulum və İKT-nin təhsilə
tətbiqi üzrə ayrı-ayrı layihələrdə təlimçi kimi fəaliyyət göstərmişdir. 2015-ci
ildən “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində “İntel Gələcək
üçün Təhsil 10-cu versiya” təlimi üzrə təlimçi vəzifəsində işləyir.
Sevdiyi
Sitat: “Oxudum unutdum, gördüm
xatırladım, etdim öyrəndim"
Konfutsi
Комментариев нет:
Отправить комментарий